Çin mifologiyası
Çin mifologiyası — Çin xalq və mədəniyyətinin topladığı əfsanəvi miflər, inanclar və tarix anlayışlarının cəmi. Oksfordun Asiya mifologiyasına aid bir lüğəti Çin mifologiyasını belə təsvir edir:
Çin mifologiyası tarix, əfsanə və mifin qarışmasıdır.
Çin mifologiyasına müxtəlif siniflərdən insanların, coğrafi bölgələrin, günümüz də daxil olmaqla tarixi dövrlərin və müxtəlif etnik qrupların ənənələrində rast gəlinir. Çin, bir çox mifoloji ənənələrin, o cümlədən Han və onların Huaşya sələflərinin, eləcə də Tibet mifologiyasının, Türk mifologiyasının, Koreya mifologiyasının və digərlərinin mənbəyi hesab olunur. Bununla birlikdə, Çin mifologiyasının öyrənilməsi Çin dilindəki detallara diqqət yetirməyə təkan verir.
Mifologiyanın çox hissəs ekzotik mifoloji yerlərdə və ya müxtəlif zamanlarda baş verən, fantastik insanlar və varlıqlar ilə dolu həyəcanverici hekayələri, sehrli güclərin istifadəsini əhatə edir. Bir çox mifologiyalar kimi, keçmişdə Çin mifologiyasının, ən azı bir qisminin, tarixin faktiki qeydi olduğuna inanılırdı. Çin folkloru ilə yanaşı, Çin mifologiyası da Çin xalqının dininin mühüm bir hissəsini təşkil edir.
Çin mifologiyası, yaradılış mifləri, xalq rəvayətləri ilə folklor elementləri, tarixi hadisələrlə qarışıq bir mif quruluşu, əfsanəvi, ilahi padşahların siyahısı ilə nəzərə çarpır. Bir çox mif kainatın kosmologiyasını, onun tanrılarını və insanlarını və yaradılışı əhatə edir.